Gəncə Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Gəncə Dövlət Universiteti və ya qısaca GDU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.

İnstitut Azərbaycanın qərb zonası üçün müəllim kadrları yetişdirmək üçün yaradılmışdır. 1943-cü ildən institut tam ali təhsil verən tədris müəssisəsinə çevrilmiş və ona Azərbaycanın görkəmli maarifpərvəri və ictimai xadimi Həsən bəy Zərdabinin adı verilmişdir.

Universitet 1938-ci ildə ikiillik Gəncə Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır. 5 illik fəaliyyətdən sonra tam ali təhsil verən H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi yolunu davam etdirmişdir. 2000-ci ildən Gəncə Dövlət Universiteti kimi fəaliyyət göstərir. Universitetdə tədris bakalavr (təhsil müddəti əyani 4 il, qiyabi 5 il) və magistr (təhsil müddəti 2 il) pillələrində aparılır.

Gəncənin mərkəzi hissəsində institutun 3 tədris binası, tələbə şəhərciyində yerləşdirilmiş yataqxanaları vardır.

Universitetin 3 tədris korpusu, kitabxanası, idman zalı, yataqxanası və müasir kompüter avadanliğı ilə təhciz olunmuş informasiya mərkəzi vardır. Universitetdə distant təhsil metodlarının tətbiqi ilə fəaliyyət göstərən "Cisco Şəbəkə Akademiyasının – GDU filialı" tələbələrin müasir İnformasiya-kommunikasiya texnologiyaları sahəsində mütəxəssis kimi hazırlığına xidmət edir.

Fakültələr və İxtisaslar

Bakalavr Magistratura Doktorantura
Kimya-Biologiya Riyaziyyat
Riyaziyyat-İnformatika Riyaziyyat müəllimliyi
Fizika və Texniki fənlər Kompüter elmləri
Pedaqoji Fizika
Tarix-Coğrafiya Fizika müəllimliyi
Xarici Dillər Kimya
İqtisadiyyat-İdarəetmə Kimya müəllimliyi
Filologiya Biologiya
Coğrafiya müəllimliyi
Ekologiya
Ekologiya mühəndisliyi
Tarix
Tarix müəllimliyi
Sosial iş
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Xarici dil müəllimliyi
Tərcümə
Pedoqogika
İbtidai sinif müəllimliyi
Məktəbəqədər təlim və tərbiyə
Psixologiya
İqdisadiyyat
Mühasibat uçotu və audit
Dövlət və bələdiyyə idarəetməsi
Menecment
Biznesin idarə edilməsi
Turizm və otelçilik
Texnologiya müəllimliyi
Təsviri incəsənət müəllimliyi
Bədən tərbiyəsi və idman
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
Musiqi müəllimliyi

Gəncə Dövlət Universitetinə birbaşa online qəbul prosesinə daxil olmaq üçün, zəhmət olmasa "www.wsec.edu.az/online-muraciat.php" linkinə keçid edin.

Şərhini yaz