T.C. İstanbul Teknik Universiteti

T.C. İstanbul Teknik Universiteti

Zəngin tarixə malik İstanbul Texniki Universiteti müasir təhsil sistemi, güclü akademik heyəti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri arasında ön sıralarda qərar tutub. Osmanlı imperiyası dövründə yenilikçilik funksiyasını öz üzərinə götürən universitet cümhuriyyət zamanında da ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr vermişdir.

Türkiyənin bir çox zavod, fabrik və xüsusilə də İT şirkətlərinin yaradılmasında və idarə edilməsində ali təhsil ocağının mühəndislərinin əməyi danılmazdır. İstanbul Texniki Universiteti geniş beynəlxalq əlaqələri sayəsində yalnız ölkə daxilində deyil, beynəlxalq mühitdə də qabaqcıl ola biləcək tələbələr yetişdirən bir dövlət ali məktəbidir.

Hazırda İstanbul Texniki Universitetində 13 fakültə, fakültələr daxilində 39 bölmə və 6 institutu fəaliyyət göstərir. Ali təhsil müəssisəsində inşaat, gəmi inşaatı və dənizçilik elmləri, memarlıq, texniki elmlər, maşınqayırma, elektrik və elektronika, mədən, dənizçilik, kimya-metallurgiya, kompüter elmləri, idarəetmə, aviasiya və kosmik elmlər, sənaye texnologiyaları və idarə edilməsi fakültələri, informasiya texnologiyaları, Avrasiya geologiyası elmləri, enerji, texniki elmlər, sosial elmlər, zəlzələ mühəndisliyi və fövqəladə halların idarə edilməsi üzrə institutlar mövcuddur.

Fakültələr və İxtisaslar

Bakalavr Magistratura Doktorantura

T.C. İstanbul Teknik Universitetinə birbaşa online qəbul prosesinə daxil olmaq üçün, zəhmət olmasa "www.wsec.edu.az/online-muraciat.php" linkinə keçid edin.

Şərhini yaz